Türkiyə Rusiya ilə qaz müqaviləsini artırılan həcmlərlə yeniləyə bilər

Türkiyə Rusiya ilə qaz müqaviləsini artırılan həcmlərlə yeniləyə bilər
# 05 noyabr 2021 09:55 (UTC +04:00)

Türkiyə Rusiya ilə təbii qazın alışına dair müqaviləni 2022-ci ilin əvvəlindən artırılan həcmlərlə yeniləyə bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

Nazir əlavə edib ki, sövdələşmə ilə bağlı Rusiya ilə, demək olar, razılıq əldə olunub.

Qeyd edək ki, Türkiyənin bu il təbii qaza olan rekord tələbatı ölkəni qışda başa çatan uzunmüddətli müqavilələri yeniləməyi və spot bazarında alışları artırmağa məcbur edir.

Xatırladaq ki, ötən ay Fatih Dönmez Azərbaycanla Türkiyə arasında 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 mlrd. kubmetr təbii qazın alışı üzrə müqavilənin imzalandığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR