Türkiyə Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasının şərtlərini açıqlayıb

Türkiyə Rusiya ilə yeni qaz müqavilələrinin imzalanmasının şərtlərini açıqlayıb
# 23 noyabr 2021 16:03 (UTC +04:00)

Türkiyə cari ilin sonuna qədər Rusiya ilə 3-10 il müddətinə yeni qaz müqavilələri imzalamaq niyyətindədir.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bu ilin sonunda müddəti başa çatan müqavilələr uzadılacaq. Bu müqavilələrin müddəti əvvəlki qədər uzun deyil, onlar 3 ildən 10 ilə qədər müddəti əhatə edə bilər.

"Güman edirik ki, sövdələşmə ilin sonunadək bağlanacaq. Ehtiyaclara uyğun olaraq, tədarükün artırılması imkanı da olacaq. Bu bənd əvvəlki müqavilədə yox idi", - F. Dönməz qeyd edib.

O həmçinin əlavə edib ki, Rusiya Federasiyası ilə prinsipial razılıq artıq əldə olunub, qazın qiyməti isə dövlət boru kəməri şirkəti "BOTAŞ" və özəl təchizatçılar üçün eyni olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR