Türkiyə Rusiya qazının idxalını kəskin artırıb

Türkiyə Rusiya qazının idxalını kəskin artırıb
# 01 sentyabr 2021 12:00 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Rusiyadan Türkiyəyə 14 403,92 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-iyun aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan 4 678,66 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR