Ukrayna qaz idxalından imtina etmək istəyir

Ukrayna qaz idxalından imtina etmək istəyir
# 21 oktyabr 2021 17:29 (UTC +04:00)

Təbii qazın Rusiyadan birbaşa idxalının bərpası mövzusu Ukraynada müzakirə edilmir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Yuri Vitrenko deyib.

"Hazırda qazı Avropadan alırıq, lakin planımız odur ki, ümumiyyətlə qaz idxal etməyək, daha çox təbii qaz və bioqaz istehsal edək", - Y. Vitrenko qeyd edib.

Y. Vitrenko hesab edir ki, Ukraynanın yerli hasilatı artırdığı, bioqaz istehsalını təşkil etdiyi və enerji səmərəliliyi səviyyəsini yüksəltdiyi təqdirdə, ölkə 3-5 il ərzində özünü qazla tam və uzunmüddətli təmin edə biləcək. Hazırda ölkədə 10 mlrd. kubmetrə yaxın qaz çatışmazlığı var ki, bu da Ukraynanın idxaldan imtina etməsinə imkan vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR