"Urals" neftinin orta qiyməti kəskin artıb

"Urals" neftinin orta qiyməti kəskin artıb
# 01 dekabr 2021 16:09 (UTC +04:00)

Rusiyanın ixrac nefti sayılan "Urals"ın orta qiyməti noyabrda illik ifadədə 1,8 dəfə artaraq 79,68 dollar/barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

"2021-ci ilin noyabr ayında "Urals" neftinin orta qiyməti 79,68 dollar/barel təşkil edib ki, bu da 2020-ci ilin noyabr ayı ilə müqayisədə 1,8 dəfə (barel üçün 43,32 dollar) çoxdur", - məlumatda deyilir.

Bu ilin yanvar-noyabr aylarında "Urals" neftinin orta qiyməti 68,66 dollar/barel təşkil edib. 2020-ci ilin yanvar-noyabr aylarında orta qiymət 41,04 dollara bərabər idi. Beləliklə, illik artım 1,7 dəfəyə yaxın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR