Vahid Ələkbərov: "Bu missiyanı varisimə buraxacağam..."

Vahid Ələkbərov: "Bu missiyanı varisimə buraxacağam..."
# 07 sentyabr 2021 11:48 (UTC +04:00)

Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib ki, bu gün "Lukiol"in artıq sırf neft şirkəti olmamasına baxmayaraq, onun adını dəyişmək fikrində deyil.

"APA-Economics"in məlumatına görə, bunu Vahid Ələkbərov "Kommersant"a müsahibəsində qərb enerji istehsalçılarından nümunə götürərək şirkətin adının dəyişdirilməsinin planlaşdırılıb-planlaşdırmadığı barədə suala cavabında bildirib.

"Bu missiyanı varisimə buraxacağam, mənim buna əlim qalxmayacaq", - V. Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, bu gün şirkət artıq tək neft deyil, enerji şirkətidir və gələcəkdə də belə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR