Vahid Ələkbərov: ""OPEC+" müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb"

Vahid Ələkbərov

© APA | Vahid Ələkbərov

# 07 sentyabr 2021 11:12 (UTC +04:00)

Balanslaşdırılmış mövqe və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində mövcud olan kompromislər onun (razılaşmanın – red.) uzun illər qüvvədə qalacağına inam verir.

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Kommersant"a müsahibəsində deyib.

Onun sözlərinə görə, "OPEC+" sazişi istehlakçılara qiymətlərdə kəskin artım olmayacağına əmin olmağa imkan verir, çünki bunun qarşısını almaq üçün ehtiyatlar var.

V. Ələkbərovun fikrincə, hərəkətlərin razılaşdırılması ən yaxşı effektivlik verir.

"Düşünürəm ki, "OPEC+" alyansı müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb. Sadəcə, tənzimləmə vəziyyətdən asılı olaraq fərqli ola bilər", - V. Ələkbərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR