"Wood Mackenzie": Xəzər regionunda neft-qaz sektoruna investisiyalar azalacaq

"Wood Mackenzie": Xəzər regionunda neft-qaz sektoruna investisiyalar azalacaq
# 29 iyun 2021 12:51 (UTC +04:00)

Xəzər regionunda 2030-cu ildə neft-qaz sektoruna edilən investisiyaların həcmi 10 mlrd. ABŞ dollarından az olacaq.

"APA-Economics"in "Wood Mackenzie" konsaltinq şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci illərdə Xəzər regionunda neft və qaz hasilatı artacaq, bu da iri layihələrin növbəti işləmə mərhələlərin istifadəyə verilməsi və istismarı ilə əlaqəlidir.

"Bununla birlikdə, görünür ki, 2030-cu ildə əsaslı xərclər 2019-cu ilin göstəricisinin – 20 mlrd. dollar, yarısından az olacağı", - məlumatda qeyd edilir.

Vurğulanır ki, bu proqnozlar yeni kəşfiyyatda əldə edilə bilən müvəffəqiyyətlər daxil deyil.

Məlumata əsasən, xərclər əsasən Azərbaycan ("Azəri-Çiraq-Günəşli" və "Şahdəniz" yataqları) və Qazaxıstanda ("Kaşağan", "Qaraçaqanak", "Tengiz" yataqları) həyata keçirilən 5 meqa layihənin payına düşəcək.

İnvestisiyaların azalma səbəblərindən biri kimi, iri layihələrə (inkişaf proqramların hədəflərə çatması ilə əlaqədar – red.) investisiyaların azalması kimi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR