Azərbaycan MDB-nin 20 illiyinə həsr olunmuş sərgidə iştirak edəcək

Azərbaycan MDB-nin 20 illiyinə həsr olunmuş sərgidə iştirak edəcək
# 06 aprel 2011 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyunun 28-dən iyulun 3-dək Moskvada MDB ölkələri üçün sərgi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, MDB-nin 20 illiyinə həsr olunacaq sərgi çərçivəsində, mədəniyyət festivalı və xalq adətləri, o cümlədən dövlət günləri, gənclər və yaradıcılıq konsertləri, milli mətbəxlərin təşkili, milli yeməklərin dequstasiyası, müasir milli moda, rəssamların sərgisi təşkil olunacaq: «Azərbaycanın milli stendi 504 kv. metrdən ibarət olunacaq. Sərgidə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər də öz məhsullarını nümayiş edəcək».

Qeyd edək ki, sonuncu dəfə MDB ölkələri üçün sərgi MDB-nin 15 illiyinə həsr olunmuşdur və 2006-cı ildə keçirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR