Bakıda beynəlxalq təhsil sərgisi keçirilir

Bakıda beynəlxalq təhsil sərgisi keçirilir
# 09 aprel 2011 11:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və digər ölkələrin universitetləri iştirak edir.

Tədbirin təşkilatçılarından olan «Akare İnternational Educations Fairs» şirkətinin icraçı direktoru Nazim Özsoylu «APA-Economics»ə açıqlamasında bildirib ki, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı iştirak edir: «Sərgidə iştirak edən universitetlərin 95%-i xarici, qalanı isə yerli təhsil ocaqlarıdır. Ümumiyyətlə, bu sərgiyə maraq göstərənlərin sayı çoxdur. Düşünürük ki, bu sərgidə 5 minə yaxın ziyarətçi iştirak edəcək».

N.Özsoylu qeyd edib ki, sərgidə iştirak edən universitetlərdə təhsil illik ödəniş haqqı minimum 5 min, maksimum isə 25 min ABŞ dolları təşkil edir: «Bu sərgidə universitetlər daha çox mühəndislik, kompyuter və iqtisadiyyat üzrə ixtisasları təqdim edir. Özəl universitetlərdə fərqlənən tələbələrə təhsil haqqının 50%-i güzəşt olunur».

Qeyd edək ki, sərgidə tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqqında ətraflı məlumatlar verilib. Həmçinin, təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və digər məsələlərlə bağlı sualları cavablandırıblar.

Sərgi aprelin 9-10-da 13:00-dan 18:00-dək «Hyatt Regency» otelində keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR