Əbülfəs Qarayev: “Bakıda keçiriləcək X Beynəlxalq Turizm Sərgisində dünyanın 24 ölkəsindən turizm şirkətlərinin iştirakı nəzərdə tutulur”

Əbülfəs Qarayev: “Bakıda keçiriləcək X Beynəlxalq Turizm Sərgisində dünyanın 24 ölkəsindən turizm şirkətlərinin iştirakı nəzərdə tutulur”
# 19 aprel 2011 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ayın sonunda Bakıda keçiriləcək X Beynəlxalq Turizm Sərgisində dünyanın 24 ölkəsindən turizm şirkətlərinin iştirakı nəzərdə tutulur. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri verib. Nazir bildirib ki, Turizm İli çərçivəsində aprelin sonlarında II Respublika Turizm Sərgisinin keçirilməsi planlaşdırılır: “10-cu dəfə baş tutacaq Beynəlxalq Turizm Sərgisi “Baku Expo Center” Sərgi Mərkəzində keçiriləcək. Bu ərəfədə biz çoxsaylı qonaqlar gözləyirik. Qonaqlar sırasında ərəb və Avropa ölkələrindən bir neçə informasiya qruplarının gəlməsi də nəzərdə tutulur. Eyni zamanda bir neçə ölkədən nazirlərinin gəlişi də gözlənilir”.

Ə.Qarayev Turizm İli ərzində ölkəmizə gələn turistlərin sayında da artım olacağına ümid etdiyini bildirib. Nazir xüsusilə “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanı qeyd edib və qəbul olunan qərarın Azərbaycana gələn turistlərin sayının artacağına səbəb olacağını diqqətə çatdırıb.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR