Azərbaycanda beynəlxalq turizm sərgisi işə başlayıb

Azərbaycanda beynəlxalq turizm sərgisi işə başlayıb
# 28 aprel 2011 08:33 (UTC +04:00)
APA-ECONOMICS”in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin inkişafına dair 6 illik dövlət proqramının artıq icrasına başlandığını bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycana gələn turistlərin sayı 1,5 mln. nəfərdən artıq olub, ölkədə fəaliyyət göstərən hotellərin sayı 500-ə çatıb: “Son 3 ildə yerləşdirmə yerləri 3 dəfə artaraq 35 minə çatıb. Bu ilin sonu-gələn ilin əvvəlində ölkədə 6 ədəd 5 ulduzlu hotel istifadəyə veriləcək. Ümid edirəm ki, Azərbaycanda turizm sahəsi bir qədər də inkişaf edərək iqtisadiyyatın ayrılmaz hissəsinə çevriləcək”.

“ITE Group” şirkətinin icraçı direktoru Edvard Strun deyib ki, məqsədimiz tədbir iştirakçılarının sayını artırmaqdır: “Bu il iştirakçıların sayı 20%-dən çox artıb”.

Qeyd edək ki, aprelin 30-dək davam edəcək sərgilərdə 61 marşrutu təmsil edən 24 ölkənin 230 şirkəti iştirak edir. Sərgi çərçivəsində bir sıra təqdimatlar keçiriləcək, turizm sahəsində fəaliyyət göstərən peşəkarlar üçün seminarlar təşkil olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR