Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - FOTOSESSİYA

Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyun 2011 13:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfransın ilk günündə plenar sessiyalar və dəyirmi masalar keçirilib. Sessiyaların mövzuları «Xəzər regionu: Dünya enerji bazarında dəyişikliklər», «Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu», «İnfrastruktur inkişafı» və «Azərbaycanın investisiya cəlbediciliyi» olub. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqının enerji komissarı Günter Ottinger, ABŞ Dövlət Katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, Norveçin xarici işlər nazirinin müavini Espen Bart Ayde, Beynəlxalq Enerji Agentliyinin Enerji Bazarları və Təhlükəsizlik Bölməsinin direktoru Didye Hussan, bir sıra neft və qaz şirkətlərinin rəhbərləri, xarici ölkələrin nazirlikləri və digər təşkilatların nümayəndələri məruzələrlə çıxış edib.

Tədbirin ikinci günü (iyunun 9-da) «Kəşfiyyat və hasilat sektorunun cari inkişaf istiqamətləri», «Nəql», «Neft və qaz hasilatı, emalı və neft kimyası sahəsində yeni layihələr», «Ətraf mühitin qorunması» və «Xəzər regionu – gələcəyə aparan yol» mövzuları üzrə sessiyalar təşkil olunacaq. Sessiyalarda bir sıra dövlət qurumları, xarici şirkət və təşkilatların nümayəndələri məruzələrlə çıxış edəcəklər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR