Bakıda “TransCaspian Azerbaijan - 2011” sərgisi keçirilir - FOTO

Bakıda “TransCaspian Azerbaijan - 2011” sərgisi keçirilir - <font color=red>FOTO</font>
# 16 iyun 2011 08:10 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, Nəqliyyat Nazirliyinin dəstəyi və «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə logistika operatorları, daşıyıcılar, dəmiryol, dəniz və hava nəqliyyatı şirkətləri, gəmiqayırma və yol-tikinti şirkətləri, kommersiya nəqliyyatının distribütorları, limanlar və digər şirkətlər iştirak edir.

Bu il sərgiyə marağın kəskin artması nəticəsində sərgi sahəsi 60% artaraq 1800 kv. metrə, iştirakçıların sayı isə 2 dəfə artaraq 54-ə çatıb. Builki yubiley sərgisində Azərbaycan, Almaniya, İran, Çin, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyanın nəqliyyat və bu sahəyə aid olan digər şirkətləri iştirak edir. İştirakçıların 50%-i xarici şirkətlərdir, 30%-i isə sərgiyə ilk dəfə qatılıb. Bu, Riqa Ticarət Limanı, Həştərxanın Olya limanı, «CNR Corporation» (Çin), «Mot McDonald» (Çexiya) və başqalarıdır. Kommersiya strukturları ilə yanaşı, sərgidə dövlət qurumları, o cümlədən Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Metropoliteni, Azərbaycanda Rusiya Dəniz Gəmiçiliyi Registri iştirak edir.

Üç gün davam edəcək sərgi ilə yanaşı, iyunun 17-də «Baku Expo Center»də I Xəzər Beynəlxalq Nəqliyyat Konfransı keçiriləcək. Konfransda Azərbaycan və Rusiyanın Nəqliyyat nazirlikləri, kommersiya və ictimai qurumların nümayəndələri iştirak edəcəklər.

Nəqliyyat sərgisi ilə paralel olaraq regionun bütün yol infrastrukturuna həsr olunmuş ixtisaslaşdırılmış tədbir - I Xəzər Beynəlxalq «Yol infrastrukturu və ictimai nəqliyyat» («Road and Traffic») Sərgisi keçiriləcək. Bu sərgidə yol tikintisi, yol hərəkətinin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi və yeni ictimai nəqliyyat növlərinin istifadəyə verilməsi sahələrində ən son nailiyyətlər təqdim ediləcək.

«Road and Traffic» sərgisi yol infrastrukturunun bütün bölmələri, o cümlədən ictimai nəqliyyat, yol infrastrukturu və nəqliyyatın idarə olunması üzrə intellektual sistemləri əhatə edən mövzulu ekspozisiyalara bölünüb. Sərgidə beynəlxalq və yerli təşkilatlar, yol-tikinti müəssisələri, ictimai nəqliyyat vasitələrinin istehsalçıları və satıcıları, yol təhlükəsizliyi sahəsində ixtisaslaşan şirkətlər, habelə informasiya texnologiyaları müəssisələri və metropoliten müəssisələri iştirak edəcək.

Sərgilər bu sahədə işləyən şirkətlər arasında əlaqələri gücləndirməklə yanaşı, region infrastrukturunun gələcək inkişafı, satış bazarlarının genişləndirilməsi, birgə müəssisələrin təsis edilməsi və ölkənin yol tikintisi bazarında sərmayə layihələri, texnologiya və avadanlıqların təşviqi üçün əlverişli şəraitin yaradılmasına təkan verəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR