Bakıda beynəlxalq nəqliyyat konfransı keçirilib - FOTO - VİDEO

Bakıda beynəlxalq nəqliyyat konfransı keçirilib - <font color=red>FOTO</font> - <font color=red>VİDEO</font>
# 17 iyun 2011 13:12 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, konfrans Nəqliyyat Nazirliyinin dəstəyi və «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian Azerbaijan - 2011”) sərgisi (16-18 iyun) çərçivəsində baş tutub.

“Azərbaycanın strateji nəqliyyat dəhlizləri kəsişməsində tranzit ölkə olaraq artan rolu və inkişaf etdirilən nəqliyyat infrastrukturu” mövzusunda keçirilən konfransda Azərbaycan və Rusiyanın Nəqliyyat nazirliklərinin, kommersiya və dövlət qurumlarının nümayəndələri, eləcə də xarici mütəxəssislər iştirak edib. Konfransda nəqliyyat-yol kompleksi üzrə həyata keçirilmiş layihələr, TRACECA dəhlizi, nəqliyyatı daşımaları və limanların inkişafı, dəmiryolunun inkişaf istiqamətləri, beynəlxalq avtomobil daşımalarında yeni təşəbbüslərə və digər mövzulara həsr olunmuş çıxışlar və təqdimatlar olub.

TRACECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin Azərbaycandakı katibi Akif Mustafayev dəhlizin perspektivləri, nəzərdə tutulan nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində yaranacaq yeni imkanlar və bu layihələrdə Azərbaycanın rolu barədə məlumat verib. Bundan sonra tədbirə Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri Ziya Məmmədov və İqor Levitin qatılıb. Rusiyalı nazir öz çıxışında regional nəqliyyat layihələrinə və bu layihələrdə Azərbaycanın roluna toxunub. Onun sözlərinə görə, çox mühüm coğrafi mövqeyi və nəqliyyat dəhlizləri üzərində uğurlu yeri Azərbaycana nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilmək imkanı verir: “Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi ilə Azərbaycandan keçən yüklərin həcmi və yük dövriyyəsi daha da artacaq”.

Konfransda Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəniz Administrasiyası, Xəzər Dəniz Gəmiçiliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Nəqliyyat nazirliyinin «Avtonəqliyyatservis» və «Azəryolservis» departamentləri, Bakı Metropoliteni və «Tidewater» şirkətinin nümayəndələri çıxış edərək, həyata keçirilən layihələr və beynəlxalq təcrübə barədə məlumat veriblər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR