Bakıda növbəti beynəlxalq turizm sərgisi gələn ilin aprelində keçiriləcək

Bakıda növbəti beynəlxalq turizm sərgisi gələn ilin aprelində keçiriləcək
# 09 sentyabr 2011 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin aprelin 12-14-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF 2012») keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, artıq üçüncü ildir ki, Türkiyə bu sərgidə tərəfdaş ölkə kimi çıxış edəcək. Əməkdaşlıq haqqında müqavilə bu ilin avqust ayında imzalanıb və türk şirkətlərinin kollektiv stenddə iştirakını nəzərdə tutur. Bundan başqa, Türkiyə sərgi stendini nəzərəçarpacaq dərəcədə (110 kv. m) artırıb və bu, ötən il ilə müqayisədə 20% çoxdur.

Qeyd edək ki, «AITF 2012» sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR