Bakıda beynəlxalq səhiyyə sərgisi başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda beynəlxalq səhiyyə sərgisi başlayıb - <font color=red>FOTOSESSİYA</font> - <font color=red>VİDEO</font>
# 13 sentyabr 2011 11:54 (UTC +04:00)
«APA-Economics»əin məlumatına görə, Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçirilən sərgiyə 13 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkət qatılıb. «BIHE-2011» sərgisində geniş çeşiddə tibbi məhsul və xidmətlər, o cümlədən tibbi və laboratoriya avadanlıqları, əczaçılıq məmulatları, istehlak materialları, gigiyena vasitələri və digər məhsullar təqdim olunub.

«BIHE-2011» sərgisi ilə eyni vaxtda VI Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi keçirilir. Sərgidə stomatoloji avadanlıqlar, istehlak malları və digər məhsullar təqdim olunub. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən alman istehsalı olan 3D topoqraf nümayiş etdirilir.

Həmçinin, pararlel olaraq «Baku Expo Center»də «Beauty Azerbaijan-2011» Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi təşkil olunub. Bu il öz ekspozisiyasını xeyli genişləndirən sərgidə Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən şirkətlər iştirak edir. Sərgidə peşəkar kosmetika və sağlamlıq vasitələri, eləcə də bu sahədə müasir texnologiyalar nümayiş etdirilir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR