Bakıda növbəti «Xəzər neft və qaz» beynəlxalq səgi-konfransı iyunun 5-8-də keçiriləcək

Bakıda növbəti «Xəzər neft və qaz» beynəlxalq səgi-konfransı iyunun 5-8-də keçiriləcək
# 20 sentyabr 2011 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gələn il iyunun 5-8-də Bakıda Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük və nüfuzlu tədbir sayılan XIX Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» sərgi və konfransı keçiriləcək. Sərginin təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgi və konfransa dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir və hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi bu sərginin yüksək statusa malik olduğunu təsdiqləyir.

Bir sıra dövlətlərin rəhbərləri hər il sərginin ünvanına salamlama məktubu göndərirlər. Ənənəvi olaraq, Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Xəzər neft və qaz» layihəsinə dəstək verir.

Sərgidə 25 ölkədən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənir. Xəzər hövzəsində yeni yataqların kəşf edilməsi sahəsində əldə olunan ən son nailiyyətlər sərginin inkişafına əlavə təkan verir və bu, 2012-ci il sərgisinin geniş ekspozisiyasına da öz müsbət təsirini göstərəcək.

«Hər il keçirilən «Xəzər neft və qaz» sərgi və konfransının təşkilatçıları Azərbaycan neftçilərini onların peşə bayramı olan Neftçilər Günü və «Əsrin müqaviləsi»nin 17-ci ildönümü münasibəti ilə təbrik edir. Biz sizin hamınıza möhkəm can sağlığı, ailə səadəti və vətənimizin gələcək inkişafı naminə möhtəşəm əmək zəfərləri arzu edirik», - deyə «Iteca Caspian» şirkətinin reklam meneceri Mehriban Baxşıyeva bəyan edib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR