Azərbaycan prezidenti İlham Əliyev “Bakutel-2011” sərgisinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev “Bakutel-2011” sərgisinin açılışında iştirak edib
# 23 noyabr 2011 09:15 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, dövlət başçısı sərgi iştirakçısı olan təşkilat və şirkətlərin stendləri ilə tanış olub.

Daha sonra prezident İlham Əliyev “Bakcell” şirkətinin 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi mərasiminə qatılıb.

Qeyd edək ki, Britaniyanın «ITE Group» və onun Qafqazdakı tərəfdaşı «Iteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdirilir.

“Bakutel-2011” sərgisində 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40%-dən çoxu yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətlərinin stendləri təşkil edir. İlk dəfə olaraq “BakuTel-2011” sərgisində Avstriya, Macarıstan, Fransa, Kanada, Litva və digər dövlətlərdən 18 milli ekspozisiya təqdim olunur. Ötən illə müqayisədə bu il sərgi sahəsinin və iştirakçıların sayında iki dəfə artım olub. Sərgi noyabrın 26-dək davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR