Bakıda sərgilərdə iştirakın səmərəsinin artırılmasına həsr olunmuş seminar keçiriləcək

Bakıda sərgilərdə iştirakın səmərəsinin artırılmasına həsr olunmuş seminar keçiriləcək
# 30 dekabr 2011 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il yanvarın 12-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda «Sərgilərdə iştirakın səmərəsini necə artırmaq olar» mövzusunda seminar keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, potensial sərgi iştirakçıları sərgi biznesinin nəzəriyyəsi və praktikası üzrə ümumi ədəbiyyatın çatışmazlığını hiss edir: «Buna görə də, sözügedən seminarın keçirilməsi aktual hesab olunur. Belə ki, bu seminar sayəsində sərgilərdə maksimum nəticə əldə etmək üçün nəyi və necə etmək lazım olduğu barədə sualları cavablandırmaq asanlaşacaq. Seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirmək və artırmaq, həmçinin şirkətlərin özlərinə kənardan qiymət vermələrinə və sərgilərdə iştiraka hazırlaşarkən tez-tez yol verilən səhv və stereotiplərdən azad olmalarına imkan yaratmaqdır».

Seminarda sərgi öncəsi marketinq, məqsədlərin təyin edilməsi, stenddə çalışacaq heyətin hazırlaşdırılması, stendin dizayn və tərtibatı, ziyarətçilərlə iş, sərgidə iştirak nəticələrinin qiymətləndirilməsi və s. toxunulacaq. Seminar iştirakçılarına «Sərgilərdən maksimum faydalanmanın yolları» adlı tədris vəsaiti paylanılacaq: «Seminar şirkət direktorları, satış və marketinq üzrə direktor və menecerlər, habelə şirkətin sərgiyə hazırlığı üzrə məsul işçilərə tövsiyə olunur».

Qeyd edək ki, seminar Rusiyanın «EkspoEffekt» sərgilər üzrə məsləhət agentliyinin baş direktoru və «Sərgilərdən maksimum faydalanmanın yolları» adlı tədris vəsaitinin müəllifi Nikolay Karasev tərəfindən aparılacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR