Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 1,2% enib
# 04 may 2012 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 207 bəndədək, S&P 500 0,8% - 1 392 bəndədək, Nasdaq isə 1,2% - 3 024 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər səbəb olub. O cümlədən, xidmətlər sahəsində işgüzar fəallığı indeksinin aprel ayında 2,5 faiz bəndi azalması bazara mənfi təsir edib.

Avropa fond bazarlarında mayın 3-də FTSE 100 indeksi 0,1% - 5 766 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 6 694 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 223 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 636,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3157 (+0,1%) dollar təşkil edir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR