Gələn ay Bakıda ətraf mühitin qorunmasına dair beynəlxalq sərgi keçiriləcək

Gələn ay Bakıda ətraf mühitin qorunmasına dair beynəlxalq sərgi keçiriləcək
# 30 oktyabr 2012 16:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Noyabrın 21-23-də Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda «Xəzər: ətraf mühit üçün texnologiyalar» («CTE 2012») III beynəlxalq sərgisi keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan, Fransa, Türkiyə və digər ölkələrdən olan şirkətlər iştirak edəcək. Bu sərgidə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi stendlə iştirak edəcək.

Sərgi çərçivəsində insanların diqqəti ətraf mühitin qorunması problemləri və onların həllinə cəlb ediləcək və təbii ehtiyatlar, o cümlədən külək, su və torpaq kimi bərpa olunan resurslardan rasional istifadə sahəsində ən yeni ixtiralar təqdim olunacaq, alternativ enerji avadanlıqlarının ən müasir nümunələri nümayiş etdiriləcək. Sərgi çərçivəsində xüsusi diqqət suyun və torpağın təmizlənməsi, Azərbaycandakı neft-qaz yataqlarının çoxillik işlənməsinin nəticələrinin aradan qaldırılması üzrə digər iri ekoloji layihələrə yönələcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR