Azərbaycan Moskvada keçirilən beynəlxalq qida sərgisində iştirak edir - FOTO

Azərbaycan Moskvada keçirilən beynəlxalq qida sərgisində iştirak edir - FOTO
# 10 fevral 2020 10:09 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində "Prodekspo-2020" adlı beynəlxalq ərzaq sərgisi işə başlayıb. Azərbaycan istehsalçıları sözügedən sərgidə iştirak edir.

"APA-Economics"in məlumatıma görə, fevralın 10-14-də Moskvada keçiriləcək sərgidə ümumilikdə 70 ölkədən 2 500-dən çox şirkət iştirak edir. Azərbaycan da daxil olmaqla, 32 ölkə öz milli ekspozisiyalarını nümayiş etdirir. Sərgidə qida sənayesi, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir.

Qeyd edək ki, sərginin və tədbirin qala-gecəsinin rəsmi sponsoru qismində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) çıxış edir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR