Azərbaycan bu il Rusiya və Çində keçiriləcək beynəlxalq sərgilərdə təmsil olunacaq

Azərbaycan bu il Rusiya və Çində keçiriləcək beynəlxalq sərgilərdə təmsil olunacaq
# 03 sentyabr 2020 12:06 (UTC +04:00)

Bu il Azərbaycan Rusiya və Çində təşkil olunacaq iki beynəlxalq sərgidə təmsil olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpomo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bunlardan biri Moskvada təşkil olunacaq "WorldFood Moscow" sərgisi, digəri isə Çinin Şanxay şəhərində keçiriləcək 3-cü Beynəlxalq İdxal Sərgisidir: "İştirakçılar və ziyarətçilər hər iki sərgiyə epidemioloji vəziyyət və karantin rejimi qaydaları nəzərə alınaraq buraxılacaq".

Fondun rəhbərinin sözlərinə görə, bu il keçirilən üç sərgi üzrə 8,757 mln. ABŞ doları dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr çərçivəsində 6 mln. dollardan çox məhsullar ixrac olunub.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR