Azərbaycan məhsulları bu il üç beynəlxalq sərgidə nümayiş olunacaq

Azərbaycan məhsulları bu il üç beynəlxalq sərgidə nümayiş olunacaq
# 28 yanvar 2021 14:54 (UTC +04:00)

Pandemiya şəraitində gigiyena şərtlərinə əməl etməklə yerli sahibkarların beynəlxalq sərgilərdə iştirakı təmin ediləcək.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan istehsalçılarının məhsulları yaxın aylarda üç ölkədə sərgilənəcək: "Onların sırasında fevralda Dubayda keçiriləcək "Gulfood 2021" sərgisi, mart ayında Çinin Çendu şəhərində təşkil olunacaq sərab və spirtli içkilər sərgisi, eyni zamanda Moskvada keçiriləcək "MosBuild" beynəlxalq tikinti materialların sərgisidir".

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR