Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilir - FOTO

Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilir - FOTO
# 24 noyabr 2019 13:26 (UTC +04:00)

Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilir.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda artıq ənənə halını alan festival Heydər Əliyev Xatirə parkında təşkil olunub.

Festival Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Şəhərin simvolik qala darvazasının önündə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov festivalda iştirak edən yerli sakinləri və şəhərin qonaqlarını salamlayıb. T. Qaraşov rayonda son illər müxtəlif sahələr üzrə qazanılan uğurlardan və ənənəvi festivalın insanlara bəxş etdiyi əhval-ruhiyyədən danışıb, festivala təşrif buyuran millət vəkillərinə, xarici ölkə səfirlərinə təşəkkürünü bildirib. Sonra rəsmi qonaqlar Heydər Əliyev Xatirə parkında (tarixi Lənkəran qalasının ərazisinə) Heydər Əliyevin abidəsi önünə gül qoyublar.

Daha sonra parkın mərkəzində festivalda öz məhsulları ilə iştirak edən müəssisələr üçün qurulan çadır-pavilyon, 100-ə yaxın stend və sərgi tumbalarına baxış keçirilib. Müxtəlif ansambllar rəqs-kompozisiyalarını təqdim edib. “Çayımızın dadı var” adlı çayçılıq sərgisində 7 şirkət festivala öz məhsullarını təqdim edib. “Lənkəran düyüsü - dillər əzbəri” sərgi pavilyonu isə çəltikçiliyə həsr olunub. Burada müxtəlif kənd və şirkətlərdən olan çəltikçilər öz məhsullarını təqdim edib. “Ənbərbu”, “Haşimi”, “Hə­sə­­ni”, “Qırmızı Ənbərbu”, “Çampo”, “Sədri” düyü növlərindən aş­bazlar 20 adda plov bişirib sərgiyə çıxarıb. Sitrusçular “Sitrus bağlarının mö­cüzəsi” adlı sərgidə festival iştirakçılarına hər növ sitrus meyvəsini, onun şirəsini, kampotunu təqdim ediblər.

Festival axşam saatlarına qədər davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR