Omanda Azərbaycan pavilyonunun açılması pandemiyaya görə ləngiyir

Omanda Azərbaycan pavilyonunun açılması pandemiyaya görə ləngiyir
# 28 aprel 2021 13:31 (UTC +04:00)

Pandemiya səbəbindən Omanda Azərbaycan məhsullarının pavilyonunun açılması ləngiyir.

Bunu "APA-Economics"ə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, planlar dəyişməz qalır və bu ölkədə karantin rejimi yumşaldığı təqdirdə layihənin icrasına başlanılacaq.

"Pavilyon üçün artıq yer ayrılıb. Qarşı tərəflə onlayn olaraq görüşlər keçirilir. Ümid edirik, yaxın iki ay ərzində karantin rejimi yumşaldılacaq və biz layihənin icrasına başlaya biləcəyik", - deyə Y. Əliyev qeyd edib.

Xatırladaq ki, pavilyonda nümayiş olunacaq yerli məhsulların sertifikatlaşdırılmasına ötən ildən başlanılıb. Məhsulların satışa çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, analoji pavilyonların İordaniya, Bəhreyn, Livan və Səudiyyə Ərəbistanında da açılması nəzərdə tutulur.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR