Azərbaycan "Expo 2020 Dubai" sərgisində milli pavilyonla təmsil olunacaq

Azərbaycan "Expo 2020 Dubai" sərgisində milli pavilyonla təmsil olunacaq
# 17 iyun 2021 11:36 (UTC +04:00)

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək "Expo 2020 Dubai" beynəlxalq sərgisində milli pavilyonla təmsil olunacaq.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan pavilyonu "Gələcək üçün toxumlar" mövzusunda təbii elementdən (ağac və yarpaq) təşkil olunacaq. Sərgi bu ilin 1 oktyabr tarixində start götürəcək və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

Sərgini müxtəlif təşkilatlar, təhsil müəssisələri və şirkətlərin nümayəndələri daxil olmaqla 200-dən çox iştirakçı və milyonlarla insan ziyarət edəcək.

"Sərgi BƏƏ və Azərbaycan arasında ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni fürsətlər yaradacaq", - səfirlikdən bildirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR