Azərbaycan məhsulları beynəlxalq ərzaq sərgisində nümayiş etdiriləcək

Azərbaycan məhsulları beynəlxalq ərzaq sərgisində nümayiş etdiriləcək
# 20 sentyabr 2021 12:35 (UTC +04:00)

Sentyabrın 21-24-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək. Həmçinin, sərgidə ölkənin mədəniyyəti və mətbəxi, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

Qeyd edək ki, Azərbaycan bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR