Azərbaycan Şanxayda keçirilən beynəlxalq idxal sərgisində iştirak edir

Şanxay

© APA | Şanxay

# 05 noyabr 2021 18:15 (UTC +04:00)

Noyabrın 5-də Çinin Şanxay şəhərində 4-cü Çin Beynəlxalq İdxal Sərgisi öz işinə başlayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsalı olan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və s. məhsullar nümayiş olunur.

Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR