Noyabrın 6-8-də Bakıda 2-ci "CASPINDEXPO-2019" beynəlxalq sənaye sərgisi təşkil olunacaq.
"APA-Economics"in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, sərgi Bakı İdman Sarayında keçiriləcək. Bununla yanaşı, sərgi çərçivəsində 7 noyabr tarixində Bakı Biznes Mərkəzində yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək.