"Qayıdış" adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunub - FOTO

"Qayıdış" adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunub - FOTO
# 22 oktyabr 2021 12:25 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunur.

Sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən gələn gəlirin 70%-i “YAŞAT” Fonduna, 30 faizi isə rəssamlara ödəniləcək.

Sərgi çərçivəsində 3 nominasiyalı müsabiqə elan olunur. Qaliblərə Azərbaycan Rəssamlar İttifaqının, Veysəloğlu Şirkətlər Qrupunun və YAŞAT Fondunun imzası olan diplomlar təqdim olunacaq.

Əsərlərin mövzusu sərbəstdir. Əsərlər əməkdar rəssam heyəti tərəfindən qiymətləndiriləcək.

Qiymətləndirilmə prosesi üçün nümayiş etdirmək istədiyiniz əsərin fotosunu

[email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Əlavə olaraq, ad, soyadınızı və əlaqə nömrənizi qeyd etməniz xahiş olunur. Əsərlərin qəbulu üçün son tarix: 1 noyabr 2021-ci il.

Sərgi Müasir İncəsənət Mərkəzində 5-11 noyabr, 2021-ci il tarixlərində keçiriləcək.

Ünvan: Müasir İncəsənət Mərkəzi, İçərişəhər, Qüllə küçəsi, 15.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR