Sabah "BakuBuild 2019" sərgisi işə başlayır

Sabah "BakuBuild 2019" sərgisi işə başlayır
# 21 oktyabr 2019 11:25 (UTC +04:00)

Bu il 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild 2019”) üçün əlamətdar ildir. Belə ki, regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. "BakuBuild" sərgisi 1995-ci ildən dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 minə yaxın şirkəti bir araya gətirib.

"APA-Economics"in məlumatına görə, bunu sözügedən sərginin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stron deyib.

Onun sözlərinə görə, 22 oktyabr tarixində 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “Xəzər İnşaat Həftəsi”nə start verməklə, qapılarını ziyarətçilərin üzünə açacaq. Sərginin dörd iş günü ərzində ziyarətçilər dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər.

Layihə rəhbəri Rəşad Qədirovun sözlərinə görə isə, ötən illə müqayisədə builki sərgi 10% artıb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiya Federasiyasını 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i təşkil edib.

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur.

“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi keçirilir. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edən yerli və xarici istehsalçılar iştirak edirlər.

12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securex Caspian” sərgisində iştirakçılar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş texniki vasitələri, eləcə də avtomatik yanğınsöndürmə vasitələrini, mühafizə siqnalizasiya sistemlərini, mühafizə televiziyası və müşahidəsi sistemlərini, qəza-xilasetmə texnikasını və s. məhsulları nümayış etdirirlər.

22 - 25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2019” sərgisi keçiriləcək.

Hər il keçirilən ixtisaslaşdırılmış sənaye sərgisi bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə və digər ölkələrin də yer aldığı 19 dünya ölkəsindən 65 şirkəti bir araya gətirməklə, 7% artım nümayiş etdirir. İştirakçıların 36%-ni yerli şirkətlər təşkil edir. Ümumilikdə, sərgidə havatəmizləyicilər, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiya materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, isidicilər, kompressorlar, kullerlər, enerjini idarəetmə sistemləri, ətraf mühiti mühafizə texnologiyaları, filtrlər, fittinqlər, borular, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi məhsul və xidmətlər təqdim ediləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR