“TransCaspian 2014” və “Road and Traffic 2014” sərgilərində 16 ölkə təmsil olunacaq - FOTO

“TransCaspian 2014” və “Road and Traffic 2014” sərgilərində 16 ölkə təmsil olunacaq - <span style="color: red;">FOTO
# 11 iyun 2014 09:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı Ekspo Mərkəzində iyunun 12-də XIII beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian 2014) IV Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road and Traffic 2014) sərgiləri keçiriləcək.

APA-Economics” xəbər verir ki, “TransCaspian 2014” və “Road and Traffic 2014” sərgilərində 16 ölkədən 104 şirkət iştirak edəcək. İştirakçıların ümumi sayının 50%-nı xarici eksponentlər təşkil edir.

"TransCaspian 2014" ekspozisiyasının tərkibinə Azərbaycan, Gürcüstan, Belarus, Çin, Rusiya, Fransa, Çexiya, Latviya və İsveçrədən şirkətlər daxildir. İştirakçılar arasında Latviya Dəmir Yolları, Gürcüstan Dəmir Yolları, "Access Trans", "Alstom Transport" və digər nəqliyyat şirkətləri iştirak edəcək. Tədbirlərdə "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Gəmiçiliyi" QSC və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də iştirak edəcək.

Sərgidə dəniz və yerüstü yükdaşıma, limanlar və liman avadanlıqları, informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri və kommersiya nəqliyyatı k6mi sektorlar təqdim olunacaq.

"Road and Traffic 2014" sərgisində isə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və başqa ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi təqdim olunacaq.

Tədbirdə "Azəryolservis", Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və bir çox başqa şirkətlərin nümayəndələri iştirak edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR