"Gilan Holding" "WorldBuild Baku 2017"də iştirak edəcək

"Gilan Holding" "WorldBuild Baku 2017"də iştirak edəcək
# 16 oktyabr 2017 11:51 (UTC +04:00)

"Gilan Holding" 23-cü Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisində iştirak edəcək.

Holdinqdən "APA-Economics"ə verilən məlumata görə, 18-21 oktyabr tarixlərində keçiriləcək sərgidə "Gilan Holding"i "Gilan Sənaye Qrupu" təmsil edəcək.

Sərgi "Gilan Sənaye Qrupu"na öz geniş portfelini nümayiş etdirmək üçün imkan yaradacaq, məhsullarının keyfiyyətini müştərilərinə bir daha xatırlatmaqda və yeni biznes əlaqələri qurmaqda kömək edəcək.

"WorldBuild Baku 2017"də "Gilan Sənaye Qrupuna" aid tikinti materialları, o cümlədən seramik plitələr, sement və gips əsaslı quru qarışıqlar, sənaye panelləri, dam örtükləri, gips lövhələr, kərpic, beton nümunələri sərgilənəcək. Sərgi zamanı mütəxəssislər ziyarətçilərə məhsullar haqqında məlumat almaqda kömək edəcəklər.

Sərgi ziyarətçiləri "Gilan Sənaye Qrupu"nun məhsulları ilə tanış olmaqla yanaşı qrupun zavodlarındakı istehsal proseslərini monitorlardan izləyə biləcəklər.

"Gilan Holding" hər il olduğu kimi bu sərgidə də iştirak etməkdən uğurlu nəticələr gözləyir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR