"Gilan Holding"in stendi "RecExpo"da böyük maraq doğurub

"Gilan Holding"in stendi "RecExpo"da böyük maraq doğurub
# 04 dekabr 2017 11:38 (UTC +04:00)

"Gilan Holding" III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) uğurla iştirak edib.


Holdinqdən "APA-Economics"ə verilən məlumata görə, 28-30 noyabr tarixlərində keçirilən sərgidə həm yerli, həm xarici ziyarətçilər "Gilan Holding"in stendinə böyük maraq göstəriblər.

Sərgi iştirakçıları "Gilan Holding"in artıq həyata keçirdiyi, inşasını hələ davam etdirdiyi və reallaşdırmasını planlaşdırdığı daşınmaz əmlak layihələri ilə tanış olublar.

Onların diqqətini əsasən "Crescent" və "Gilan Towers" layihələri cəlb ediblər. Sərgi iştirakçıları digər yaşayış komplekslərinə ("Mirvari Park", "Premier Residence", "Lökbatan Residence") də aid suallar verib, "Gilan Holding"in mütəxəssislərinin köməyi ilə bütün lazımi məlumatları əldə ediblər.

Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri olan "RecExpo"da yerli və xarici əmlak, tikinti və investisiya şirkətləri iştirak edirlər. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan sərmayələrin həcminin artırılmasıdır.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR