"Worldfood Moscow" sərgisində növbəti erməni təxribatının qarşısı alınıb

"Worldfood Moscow" sərgisində növbəti erməni təxribatının qarşısı alınıb
# 15 sentyabr 2017 10:36 (UTC +04:00)

Sentyabrın 11-də "Worldfood Moscow" beynəlxalq ərzaq sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, ölkəmizin Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı "ITE Group" da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR