Azərbaycan “Antalya Ekspo 2016”da milli pavilyonla təmsil olunur

Azərbaycan “Antalya Ekspo 2016”da milli pavilyonla təmsil olunur
# 21 aprel 2016 10:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycan “Antalya Ekspo - 2016” Beynəlxalq Botanika Sərgisində (İnternational Horticultural Exposition) milli pavilyonla təmsil olunur.

APA-nın xəbərinə görə, milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil edilib. Açılış mərasimi aprelin 22-də keçiriləcək “Antalya Ekspo - 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.

Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçaçılıq mədəniyyəti nümayiş etdirilir.

Oktyabrın 30-dək davam edəcək “Antalya Ekspo” çərçivəsində bir sıra beynəlxalq konqres, toplantı və seminarların təşkili planlaşdırılır.

Sərgiyə 8 milyon ziyarətçinin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “Ekspo” sərgisi ilk dəfə olaraq 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.

Azərbaycan “Ekspo” Ümumdünya sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub. Həmin sərgidə milli pavilyon Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR