Azərbaycana elektronika mallarını idxal edən şirkətlər Hindistanda keçiriləcək sərgiyə dəvət olunur

Azərbaycana elektronika mallarını idxal edən şirkətlər Hindistanda keçiriləcək sərgiyə dəvət olunur
# 28 avqust 2014 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hindistanda “Electronics İndia Expo” sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərginin 2015-ci il martın 26-27-də Nyu-Dehli şəhərində Hindistan Elektronika və Kompüter Proqram Təminatının, İxracının Təşviqi Şurası, həmçinin Ticarət və Sənaye Nazirliyinin sponsorluğu ilə keçirməyi planlaşdırır.

Sərgidə Hindistanın ən böyük elektronika ticarəti və istehsalı şirkətləri öz malları, bacarıqları və innovasiyalarını nümayiş edəcəklər. Sərgidə yeni texnologiyalara əsaslanan hazır məhsul və texnologiyalar, istehlak malları, telekommunikasiya malları, alət, ofis ləvazimatı, tibb alətləri, kompüterlər, günəş enerjisi, güclü cərəyan elektronikası, elektronika komponentləri, aktiv-passiv yarımkeçiricilər, şəbəkələrarası əlaqə vasitələri, elektronikanın istehsalı üzrə xidmət məhsulları istehsala çıxarılır.

Sektorun bütöv dəyər zənciri tədbirdə təmsil olunacaq. Tədbirdə iştirak edənlər Hindistanın elektronika avadanlığını istehsal edən şirkətləri ilə əlaqə qurmaq imkanına malik olurlar.

Hindistanın Azərbaycandakı səfirliyinin verdiyi məlumatlara görə, Şura hər iştirak edən şirkətdən bir nümayəndəsinin təyyarə biletini ödəyəcək. Tədbirə yalnız elektronika mallarını idxal edən və ya Hindistan şirkətləri ilə birgə iş qurmaq niyyətində olan şirkətlər qatıla bilər.

İştirak etmək üçün ərizə verməyə son müddət bu il oktyabrın 20-dir. Sərginin Nəzarət Komitəsi ərizə vermiş şirkətlərdən gələcək iştirakçıları özü seçəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR