Bakıda “İran layihəsi” adlı sərgi keçiriləcək

Bakıda “İran layihəsi” adlı sərgi keçiriləcək
# 13 oktyabr 2015 07:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bakıda “İran layihəsi” adı altında İranın neft, qaz, neft-kimya, su, elektrik, tikinti sənayesi, o cümlədən texniki və mühəndislik xidməti üzrə ixtisaslaşmış ilk sərgi keçiriləcək.

APA-nın “Tehran Times”ə istinadən verdiyi məlumata görə, 11-13 noyabrda baş tutacaq sərginin məqsədi İranın qeyri-neft ixracını inkişaf etdirməkdir. Bu barədə İranın Kommersiya, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının yaydığı məlumatda bildirirlir.

İran Gömrük Administrasiyasının yaydığı məlumata görə, 21 mart və 22 sentyabr tarixlərini əhatə edən İran təqvim ilinin ilk yarısında Azərbaycan bu ölkənin qeyri-neft məhsullarını idxal edən dövlətlərin sırasında 12-ci olub. Altı ayda İran 132.835 milyon dollar dəyərində qeyri-neft məhsulunu Azərbaycana ixrac edib və Azərbaycandan 10.720 milyon dollar dəyərində qeyri-neft məhsulu idxal edib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR