Bakıda keçirilən "AITF 2014" sərgisi başa çatıb

Bakıda keçirilən "AITF 2014" sərgisi başa çatıb
# 05 aprel 2014 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Baku Expo” Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") sərgisi başa çatıb.

APA-nın məlumatına görə, 38 ölkədən 351 şirkətin qatıldığı sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edirdi və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim ediblər.

Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Tailand, Türkiyə, Stavropol vilayəti, Soçi, Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edib.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR