Prezident "WorldFood Azerbaijan" və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub

Prezident "WorldFood Azerbaijan" və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub
# 17 may 2017 12:17 (UTC +04:00)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2017") və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro 2017") sərgiləri ilə tanış olublar.

"APA-Economics" xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərdə nümayiş olunan stendlərə baxıblar.

Qeyd edək ki, keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub. Uzun illərdir Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “CEO” (“Caspian Event Organisers”) şirkətləri çıxış edirlər.

Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir və bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli iştirakçılardır.


Sərgilər Bakı Ekspo Mərkəzinin iki zalını və xarici meydançasını əhatə edir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR