RecExpo sərgisində 14 ölkədən 70-dək şirkət iştirak edəcək

RecExpo sərgisində 14 ölkədən 70-dək şirkət iştirak edəcək
# 27 noyabr 2017 08:48 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə RecExpo III Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinə dair mətbuat konfransı keçirilib.


"APA-Economics" xəbər verir ki, komitənin şöbə müdiri Qulu Xəlilov 28-30 noyabr tarixlərində baş tutacaq sərginin əhəmiyyətindən danışıb və bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.

Q.Xəlilov əlavə edib ki, sərgidə 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək. Bundan başqa, sərgi iştirakçıları tərəfindən 150-dən çox layihə nümayiş olunacaq.

ƏMDK Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinovun sözlərinə görə, daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi əsas vəzifələrdəndir. Şöbə müdiri özəlləşdirilmiş müəssisələrə kapital axınının, ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

Ş.Şirinov vurğulayıb ki, Bakının Nəsimi rayonundan 12, Nərimanov rayonundan 11 və digər rayonlardan həyata keçiriləcək pilot layihələr barədə də məlumatlar veriləcək.

Ötən ildən fərqli olaraq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Belə ki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri, Türkiyə, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, Polşa, İtaliya, Kipr, Andorra, Gürcüstan və İspaniyanın tikinti şirkətləri sərgidə iştirak edəcəklər.

Qeyd edək ki, ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR