“Forbes” dünyanın ən nüfuzlu adamlarının reytinqini açıqlayıb

“Forbes” dünyanın ən nüfuzlu adamlarının reytinqini açıqlayıb
# 12 noyabr 2009 08:51 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın məşhur “Forbes” jurnalı dünyanın ən nüfuzlu adamlarının reytinqini açıqlayıb.

APA-nın məlumatına görə, siyahıya ABŞ prezidenti Barak Obama başçılıq edir. İkinci yerdə Çin Xalq Respublikasının sədri Xu Tszintao, üçüncü yerdə Rusiyanın baş naziri Vladimir Putin gəlir.

İlk beşliyi ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Ben Bernanke və “Google” axtarış sisteminin yaradıcıları Sergey Brinlə Larri Peyc, ilk onluğu isə “Microsoft”un banisi Bill Geyts tamamlayır.

Siyahının ikinci hissəsində qərarlaşan Rusiya prezidenti Dmitri Medvedev nüfuzuna görə fransa prezidenti Nikola Sarkozi (57) istisna olmaqla bütün Avropa liderlərindən geri qalıb – 43-cü yer. Ondan əvvəlki pillələri İtaliyanın baş naziri Silvio Berluskoni (12), Almaniya kansleri Angela Merkel (15), Böyük Britaniyanın baş naziri Qordon Braun (29) tutub. Rusiya baş nazirinin müavini İqor Seçin də öz prezidentini qabaqlayıb – 42-ci yer.

Bundan başqa, “Forbes”in reytinq cədvəlində mediamaqnat Rupert Merdok (7), dünyanın ən varlı adamlarından Uorren Baffet (14), Şimali Koreya lideri Kim Çen İr (24), “əl-Qaidə” terror təşkilatının rəhbəri Üsamə bin Laden (37), FİFA prezidenti Yozef Blatter (53) də yer alıb.

Maraqlıdır ki, siyahı tərtib olunarkən təkcə şəxsin maddi resursları nəzərə alınmayıb. Məsələn, Silvio Berkuskoni həyatın müxtəlif sahələrinə təsirinə görə nüfuzlu sayılıb – İtaliyanın baş naziri, mediamaqnat və “Milan” futbol klubunun sahibi. Vladimir Putin isə öz nüfuzundan geniş istifadə edərək “oliqarxları həbsxana barmaqlıqları arxasına göndərir, qonşu ölkələrə ordu yeridir və getdikcə Avropaya qaz nəqlini dayandırır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR