Politoloq: "Separatçı Arutyunyanın Moskvaya dəvət edilməsi ondan həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etmək niyyətlərindən xəbər verir"

Politoloq: "Separatçı Arutyunyanın Moskvaya dəvət edilməsi ondan həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etmək niyyətlərindən xəbər verir"
# 24 aprel 2021 01:09 (UTC +04:00)

Araik Arutyunyanın Moskvaya səfəri Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq birmənalı qarşılanmamaqdadır. Üçtərəfli Bəyanatın Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmasından və Vladimir Putinin Qarabağ beynəlxalq ictimaiyyət və beynəlxalq qanunlar tərəfindən Azərbaycanın tanınan sərhədləri daxilindədir, Qarabağ Azərbaycandır fikirlərindən sonra yenə kimlərinsə suları bulandırmaq cəhdi elə həmin qüvvələr üçün baha başa gələ bilər.

APA-nın məlumatına görə, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov öz açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, postmüharibə dövründə sülhə qarant olan Rusiyanın güc strukturlarının müxtəlif nümayəndələrinin gah Ermənistan vasitəsilə Xankəndinə gələrək orada separatçılarla “naməlum” görüşlər keçirmələri, gah da Moskvada Xankəndidən gələn erməniləri qəbul etmələri Azərbaycanın nəticələr çıxarmasına səbəb ola bilər:

“Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Araik Arutyunyan Moskva aeroportunda təyyarədən enərkən həbs olunmalı halda, onunla siyasi dialoqun aparılması beynəlxalq qanunların pozulması deməkdir. Separatçı Arutyunyanın Moskvaya dəvət edilməsi şimaldakı müəyyən dairələrin Xankəndidəki fiqurlardan 30 il ərzində olduğu kimi bundan sonra da həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etmək niyyətlərindən xəbər verir.

Arutyunyanın Moskvaya səfəri belə bir məntiqli sualı ortaya qoyur. Azərbaycan torpaqlarında qanunsuz rejim yaradan və hələ də separatçılıqla məşğul olan Arutyunyanın Moskvaya dəvət edilməsini Bakı necə başa düşməlidir?

Sözsüz ki, Arutyunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən bu ölkənin bu istiqamətdə fəaliyyətinə kölgə salır və Azərbaycanı adekvat addımlar atmağa sövq edir. Onsuz da son bir neçə həftə ərzində rus sülhməramlılarının bölgədəki fəaliyyəti ilə bağlı çoxlu suallar yaranmaqdadır”.

Z.Məmmədov təəssüflə əlavə edib ki, bu ölkədəki bəzi dairələr qlobal geosiyasi konfiqurasiyanın dəyişdiyi bir vaxtda köhnə geosiyasi konsepsiyalara üstünlük verir və bununla da Rusiyanın əsl maraqlarına zərbə vururlar:

“Azərbaycan hər zaman Rusiya ilə səmimi və dostluq münasibətlərin tərəfdarı olub. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixdə ilk dəfə olaraq strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdi. Bu, iki ölkə liderləri arasında olan yüksək səviyyəli münasibətlərin nəticəsi idi. Lakin, görünür, həmişə olduğu kimi, indi də bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr çoxdur və onlar əllərinə düşən fürsətlərdən istifadə edərək suları bulandırmaqda maraqlıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR