Əgər problem "Facebook"dadırsa, sosial media tənzimləyicisi həll yoludurmu? - TƏHLİL

Əgər problem "Facebook"dadırsa, sosial media tənzimləyicisi həll yoludurmu? - TƏHLİL
# 10 oktyabr 2021 15:19 (UTC +04:00)

“Facebook” sosial şəbəkə şirkətləri ilə bağlı tənzimləyici qurum yaradılmasını təklif edib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Facebook"un informatoru Frensis Hogen çərşənbə axşamı ABŞ Konqresində çıxışı zamanı bildirib.
Frensis Hogen deyib ki, sosial mediada zərərlərin azaldılması üçün “Facebook” və digər belə şirkətlərə nəzarətlə bağlı heyətinə keçmiş texnologiya işçilərinin də daxil olduğu xüsusi bir tənzimləmə qurumu yaratmaq olar. O hesab edir ki, "Facebook"un daxilində nələr baş verdiyini ancaq "Facebook", "Pinterest" və ya bu kimi başqa sosial media şirkətində işləmiş adamlar bilə bilər”.
Sosial media şirkətlərinin necə tənzimlənməsi məsələsi qanunvericilər, tənzimləyicilər və mütəxəssislər arasında sıx müzakirə mövzusu olub. Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" platformalarının necə işlədiyini, istifadəçi məlumatlarını idarə etməsini və saytlarının istifadəçilərə təsirini şəffaf bilməməsi səbəbindən tənqidlərə məruz qalır.
Şirkətin keçmiş məsul meneceri, daxili sənədləri "Wall Street Journal"a sızdıran Hogen bildirib ki, qazanc motivi o qədər güclüdür ki, "İnstaqram"ın da sahibi olan "Facebook" təzyiq olmadan dəyişməyəcək: "Facebook"-da stimullar dəyişməyincə şirkətin dəyişəcəyini gözləməməliyik. Konqresin addım atmasına ehtiyacımız var".
Hogen onu "Facebook"un baş direktoru təyin etsəydilər, dərhal "Facebook"un sistem və qərarlarının şəffaflığı üçün daxili təhlilləri Konqres və digər nəzarət orqanları ilə bölüşməsinə imkan verən siyasət quracağını bildirib.
Tədqiqatçılarla daha çox məlumat paylaşmasına təkid etdiyi üçün "Facebook"-dakı vəzifəsindən keçən il ayrılan Stanford Universiteti Hüquq Fakültəsinin professoru Nataniel Persili sosial media şirkətlərinin məlumatlarını xarici tədqiqatçılarla paylaşmasını tələb edən qanun layihəsinin hazırlanmasının vacibliyini qeyd edib: "Platformalar məxfi şəraitdə işləyir, kənardan nəzərdən keçirilsə, davranışları dəyişir".
T. Persili qarşıdakı bir il ərzində addım atılmasına ehtiyac duyulduğundan Federal Ticarət Komissiyasının bu prosesə nəzarət etməsini dəstəkləyir: "Müharibəyə arzuladığın ordu ilə deyil, sahib olduğun ordu ilə gedirsən".
“Facebook”un müştərək məlumatlarından məsul olan keçmiş əməkdaşı Breyn Boland, şəffaflığın artırılmasının hər cür tənzimləmə rejimində atılmalı olan bir addım olduğunu söyləyib.
"Facebook"un Federal Əlaqələr Komissiyasının sabiq sədri Tom Uiler məxfilik də daxil olmaqla, böyük texnologiya standartlarını təyin etmək və tətbiq etmək qabiliyyətinə malik yeni, ayrıca agentlik yaratmağın tərəfdarıdır.
"Facebook"un sözçüsü Lina Piç şirkətin özünün uzun müddətdir ki, hökumətdən nəzarət istədiyini qeyd edib: "İki il yarımdır ki, biz özümüz yenilənmiş qaydalar istədiyimizi bildiririk".
"Facebook" bir müddət əvvəl rəqəmsal tənzimləyici də daxil olmaqla, internetin tənzimlənməsini istədiyini ifadə etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR