Azərbaycan prezidenti: “Biz yeni dünyada yaşamaq istəyiriksə, multikulturalizmi uçurum kimi qəbul etməməliyik”

Azərbaycan prezidenti: “Biz yeni dünyada yaşamaq istəyiriksə, multikulturalizmi uçurum kimi qəbul etməməliyik”
# 28 aprel 2014 07:40 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir. Prezident Azərbaycanda multikulturalizmə, dəyərlərin təbliğinə xüsusi önəm verildiyini də vurğulayıb.

Dövlət başçısı Forumda mühüm müzakirələrin olacağına əminliyini ifadə edib: “Tədbirdə iştirak edən insanların irəli sürdüyü tövsiyələr çox mühümdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR