Filippində “Pablo” qasırğası nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb

Filippində “Pablo” qasırğası nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb
# 07 dekabr 2012 04:51 (UTC +04:00)

Bakı-APA. Filippin hökuməti bildirib ki, “Pablo” qasırğası nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb, daha 400 nəfər itkin düşüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl 311 nəfərin öldüyü və 380 nəfərin itkin düşdüyü bildirilmişdir.

Qasırğadan bütövlükdə 5 milyon filippinliyə ziyan dəyib. Ölkədə 7 min ev zədələnib. “Pablo” qasırğası son 20 ildə ölkənin cənub hissəsində baş vermiş ən şiddətli qasırğadır.

Küləyin surəti saatda 170-200 km çatıb, güclü leysan yağışları daşqınlara və sürüşmələrə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR