Yelena Tevdoradze: “Azad olunan məhbuslar arasında azərbaycanlılar da var”

Yelena Tevdoradze: “Azad olunan məhbuslar arasında azərbaycanlılar da var”
# 29 dekabr 2012 22:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Dekabrın 28-dən başlayaraq Gürcüstan prezidentinin sərəncamı ilə həbsxanalardan 231 məhbusun azad olunmasına başlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı prezident yanında “Əfv” komissiyasının sədri Yelena Tevdoradze APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, prezident 277 məhbusu əfv edib, onlardan 231 nəfəri həbsxanadan azad ediləcək və 44 məhbusun cəzaçəkmə müddəti yarıya endiriləcək. “Azad edilənlərin arasında azərbaycanlı məhbuslar da var. Amma onların soyadlarını xatırlamıram. Onu da qeyd edim ki, əfv olunanların arasında 5 qadın və 2 yeniyetmə də var. Biz yeni ildə də məhbusların azad edilməsi ilə məşğul olacaq, mütəmadi keçirdiyimiz iclaslarda məhbusların ərizələrinə baxıb, onların azad edilməsinə qərar verəcəyik. Şübhəsiz bu məhbusların içində azərbaycanlılar da olacaq.”

Qeyd edək ki, cəza müəssisələrindən daha 84 məhbus azad ediləcək. Onlar vaxtından əvvəl azadetmə komissiyasının qərarı ilə azadlığa buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR