Bakıda iki gün gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda iki gün gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
# 09 oktyabr 2020 13:01 (UTC +04:00)

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabrın 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə APA-ya Bakı Şəhət İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR